24.09.2021
24 Sentyabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzi Samux rayon MKS-nin oxuculara xidmət şöbəsinin birgə təşkilatçılığı ilə II Qarabağ müharibəsi şəhidlərinin Anım Gününə həsr olunmuş “Tarixin ən şərəfli səhifəsini yazanlar” adlı onlayn görüş keçirilmişdir.
İlk növbədə Vətən torpaqlarının işğaldan azad olunması uğrunda döyüşən və qəhrəmancasına şəhid olan igid Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiridə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayonu üzrə baş məsləhətçisi Süleyman Əliyev, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, MKS-nin direktoru Telli Nəsibova, oxuculara xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva öz çıxışlarında bildirdilər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun hərb tariximizə yazdığı böyük Qələbə yaddaşlara əbədi həkk olundu. 44 gün davam edən Vətən müharibəsində, haqq savaşında əldə edilən Qələbə əzəli torpaqlarımıza Böyük Qayıdışın təntənəsi oldu.
Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq təsis edilib və 27 sentyabr tarixində Vətən üçün böyük xidmətləri olmuş, həyatının hər damlasını Azərbaycanın yüksəlişinə sərf etmiş bütün insanlar, bütün şəhid və qazilərimiz yad edilməli, xatırlanmalıdır,bu dövlətin varlığı və müstəqilliyi üçün borclu olduğumuz insanları, ilk növbədə, Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevi və onun yerinə yetirdiyi tarixi missiyanı xatırlamalıyıq.
Tədbirdə qeyd olundu ki, 27 sentyabr tarixi övladını, qardaşını, atasını və soydaşını anan millətimiz üçün ən həssas gündür, bu sınaqdan Azərbaycanın gənc nəslinin, müzəffər ordumuzun üzüağ çıxmasında keçmiş dəyərlərimizə sədaqət, Ali Baş Komandana inam, eləcə də etimad və məsuliyyət həlledici rol oynamışdı.
Samux MKS-nin Metodika və biblioqrafiya şöbəsinin müdiri Rübabə Şükürova,əməkdaşlar Ləman Əliyeva, Pərvanə Qarayeva,Tərifə Verdiyeva,Samirə Salmanova,Aytac Hümbətova,Sarıqaya və Seyidlər kənd kitabxana filiallarının müdirləri Tahirə Abbasova ,Xatirə Məmmədova Samux şəhidləri haqqında geniş məlumat verdilər və bildirdilər ki,xalqımız hər zaman 27 Sentyabr – Anım gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına Şanlı Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır!
Tədbirdə şəhidlərə həsr olunmuş şeirlər səsləndi və videoçarxlar nümaiş olundu.